"VTP-9 Nano"a müraciət başladı!

Mükafatlı Virtual Təcrübə Proqramı "VTP-9 Nano"a müraciət başladı.?

Proqramın sonunda ən aktiv 3 iştirakçı pul mükafatı ilə təltif ediləcək və əlavə olaraq ən aktiv iştirakçılar işlə təmin olunma şansı qazanacaq.

Böyük maraqla qarşılanılan öncəki VTP proqramlarından sonra tamamilə yenilənmiş "VTP-9 Nano" rəqəmsal mühitin üstünlüklərindən yararlanaraq, öyrənərək təcrübə qazanmağa və karyeranızda ilk addımı atmağa sizləri dəvət edir. Bu fürsəti dəyərləndirməyin tam zamanıdır.

Proqramda iş dünyası və texnologiyaya maraqlı olan hər kəs iştirak edə bilər. Proqram ərzində günümüzün texnologiyaları və texnologiyadakı yeni tendensiyalardan bəhs ediləcək.