Problemin həlli mərkəzi

"VTP-10 Biznes" Proqramı Yekunlaşdı və Mükafatlar Qaliblərə Təqdim Olundu!

12 Fevral 2025 tarixində Caspian Plaza, Lotfi Zadeh Technology Center-də 10-cu VTP Biznes proqramının yekun görüşü və mükafatlandırma mərasimi keçirilmişdir.

4 ay davam edən VTP-10 Biznes proqramında yüksək nəticə göstərən iştirakçıların təltif olunması məqsədilə keçirilən görüşdə ilk 3 yerin sahibinə pul mükafatı, həmçinin digər iştirakçılara da sertifikatlar təqdim olunmuşdur.

Tədbirdə hədiyyə qaliblərinin müəyyən olunması məqsədilə final sorğusu keçirilmişdir. Həmçinin tədbir çərçivəsində Buta Grup CEO-su Alim Şentürkün çıxışı, mükafatlandırma, bağlanış çıxışı keçirilmişdir.

İştirakçıları təbrik edir və karyeralarında uğurlar arzu edirik!